Sumaqlı, narlı kartof şorbası resepti

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 3 101
Səs ver:
(səs: 0)
Tərkibi:
1 ədəd soğan
2 diş sarımsaq
1 ədəd bibər
1 çay qaşığı sumaq
2 xörək qaşığı kokos yağı
2 xörək qaşığı su
400 qram şirin kartof
4 ədəd xırda pomidor
 5 stəkan tərəvəz suyu
1.5 xörək qaşığı narşərab
 
Üzərini bəzəmək üçün:
25 qram duzlu fıstıq
Yarım nar
Keşniş
1 ədəd yaşıl limon

Hazırlanması:
Kokos yağını tavaya tökün. Doğranmış soğan ilə bibəri, əzilmiş sarımsağı və sumağı 2 xörək qaşığı su ilə birlikdə tavaya əlavə edin. Soğanlar qırmızımtraq rəng alana kimi qarışdırın. Daha sonra iri doğranmış şirin kartofu, pomidoru və tərəvəz suyunu da əlavə edib qarışdırın. Qaynadıqdan sonra tərəvəzlər yumşalana qədər, təxminən, 20 dəqiqə bişirin.
 
Yeməyi ocaqdan götürüb içərisinə narşərabı əlavə edin. Şorbanı blendrın köməkliyi ilə qarışdırın. Süfrəyə verməzdən öncə üzərini fıstıq və nar dənələri ilə bəzəyin. İstəsəniz, yanında təzə keşniş və yaşıl limon dilimləri də verə bilərsiniz.
 
Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 101
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri