Közlənmiş bibər şorbası resepti

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 574
Səs ver:
(səs: 3)
Tərkibi:
500 qram qırmızı bibər
300 qram acı bibər
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı günəbaxan yağı
2 diş sarımsaq
1 xörək qaşığı un
3 stəkan toyuq suyu
1 xörək qaşığı doğranmış kəklikotu
Duz və istiot
 
Hazırlanması:
Soba qabına yağlı kağız örtüb bibərləri düzün. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Daha sonra sobadan çıxarıb qabığını soyun, tumunu təmizləyin. Tavaya yağ töküb qızdırın, sarımsağı 1 dəqiqə qovurun. Daha sonra bibəri əlavə edib rəngi dəyişənə kimi qızardın. Un əlavə edib qarışdırın. Toyuq suyunu əlavə etdikdən sonra blender vasitəsilə qarışdırın. Sonda kəklikotunu, duzu, istiotu əlavə edib ocağı söndürün.
Süfrəyə isti halda verilməlidir.
 
Nuş olsun!
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 574
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri