Tərkibi: 2 ədəd közlənmiş badımcan, 1 orta boy soğan, 1 yemək qaşığı un, zeytun yağı,kərə yağı, Qırmızı bibər, Yetərin qədər su Hazırlanması: Badımcanları yuyub bir neçə yerindən çəngəl ilə deşin. Folqa kağızı ilə sarıyıb fırın sinisinə düzün. Qızdırdığınız fırında bişirin. Badımcanlar bişdikdən sonra çıxardıb soyun. Soyduğunuz badımcanları incə-incə doğrayın. Bir qazana zeytun yağı qoyun. Soğanı incə incə doğrayın. Soğanları qovurun. Qovrulan soğanların üzərinə közlənmiş badımcanları da əlavə edib bir az qovurun. Bunların üzərinə unu da əlavə edərək qovurun. Ardından isti suyunu və duzunu əlavə edin. Davamlı olaraq qarışdıraraq bişirin. Qaynamağa başladıqdan sonra 10 dəqiqəyə yaxın vam odda bişirin. Blendirdən keçirilən şorbanın üzərinə ayrı bir tavada kərə yağı və qırmızı bibəri qızardıb servis etməzdən əvvəl üzərinə əlavə edin.