Dəri hüceyrələrini yeniləyən kokteyl reseptləri

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 123
Səs ver:
(səs: 0)
Smuzi qida dəyəri yüksək, sağlamlığa faydalı içkiyə deyilir.
O, müxtəlif bitkilərdən, meyvə-tərəvəzlərdən hazırlanan qatı kokteyldir. Smuzi yüksəklif, minerallar və vitaminlər ehtiva edir, xüsusilə də həzm sistemi üçün çox faydalıdır. İsti havalarda smuziyə buz əlavə edərək sərinləşdirici kimi də içilir. Çox yüngül və doydurucu olan smuzi tərkibindəki zəngin antioksidantlar sayəsində dəri hüceyrələrini yeniləyir.

Çuğundurlu və giləmeyvəli smuzi (qatı kokteyl)1 porsiyası:
297 kalori,
5 qram yağ,
57 qram karbohidrat,
6 qram lif,
41 qram şəkər,
8 qram zülal ehtiva edir.

Ərzaqlar:
2 yemək qaşığı qatıq
1/2 stəkan təzə sıxılmış portağal suyu
1 kasa dondurulmuş və ya təzə giləmeyvə
2 yemək qaşığı yulaf əzməsi
1/2 çuğundur (50 qram)
1 çay qaşığı bal
2-3 buz qəlibi

Hazırlanması:
Çuğunduru çiy ya da yarı bişmiş halda istifadə etmək olar. Bütün ərzaqları blenderdən keçirin. Bu içkini çox saxlamaq olmaz. Ümumiyyətlə, smuzi hazırlanan kimi içilməlidir.

Tropik kokteyl 1 porsiyası:
140 kalori,
0,6 qram yağ,
34,8 qram karbohidrat
3,6 qram lif,
22 qram şəkər,
2 qram zülal ehtiva edir.

Ərzaqlar:(2 porsiya)
1 ədəd banan
1/2 stəkan təzə sıxılmış portağal suyu
1/2 kasa doğranmış ananas
1/2 stəkan hindqozu suyu
1 çay qaşığı cökə çay
Təzə nanə

[bHazırlanması:[/b]
Bütün ərzaqlar püre halına gələnə qədəryaxşıca qarışdırın. Nanə yarpaqları ilə bəzəyib için. Sarı rəng vermək və ya qida dəyərini artırmaq üçün qarışığa bir çay qaşığı sarıkök də əlavə edə bilərsiniz.

[bKivili və moruqlu smuzi 1 porsiyası:[/b] 198 kalori,
2 qram yağ,
43 qram karbohidrat,
5,8 qram lif,
32 qram şəkər,
4,4 qram zülal ehtiva edir.

[/b]Ərzaqlar:(3 porsiya)[/b]
2 ədəd kivi
1 stəkan təzə və yadondurulmuş moru
1 stəkan təzə sıxılmış portağal suyu
1 stəkan soya südü
2 çay qaşığı çia toxumu

Hazırlanması:

Kivinin qabığını soyub, 4 yerə bölüb bütünərzaqlarla birlikdə blenderdən keçirin. Moruq dənələri ilə bəzəyib təzə halda için.Qırmızı bibər, yerkökü və pomidor kokteyli1 porsiyası: 59 kalori, 0,6 qram yağ, 11 qram karbohidrat, 3,3 qram lif, 7,3 qram şəkər, 1,8 qram zülal ehtiva edir.

Ərzaqlar:(1 porsiya)
1 ədəd orta boy yerkökü
1/3 qırmızı bibər
1 ədəd pomidor
1/2 limonun suyu

Hazırlanması:
Limon istisna olmaqla bütün ərzaqları kobud şəkildə doğrayıb blenderdən keçirin. Limonu sıxıb üzərinə tökün. Əgər acı bibər sevirsinzisə, üzərinə acı qırmızı bibər, ya da acı sous əlavə edə bilərsiniz.

Ədviyyatlı yaşıl smuzi 1 porsiyası:
148 kalori,
0,7 qram yağ,
35 qram karbohidrat,
8 qram lif,
22 qram şəkər,
4 qram zülal ehtiva edir.

Ərzaqlar:(2 porsiya)
1 ədəd yaşıl alma
1 ədəd portağal
1/2 xiyar
1 kiçik limon
1 fındıq dənəsi qədər zəncəfil
1 ovuc təzə yaşıl noxud
1 stəkan su

Hazırlanması:
Almanı iki yerə bölüb tumunu çıxarın. Zəncəfil, portağal və limonun qabığını soyun. Blenderə əvvəlcə əvvəl suyu tökün. Daha sonra üzərinə digər ərzaqları əlavə edin və blenderdən keçirin. Qatı hala gələndə stəkanlara boşaldıb için.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 123
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri