Qışda içinizi isidəcək Chai Tea Latte resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 2 364
Səs ver:
(səs: 0)
Tərkibi:
2 su stəkanı süd
1 su stəkanı qaynar su
2 yemək qaşığı iri yarpaqlı qara çay
2 ədəd mixək
1/4 çay qaşığı istiot
1/2 çay qaşığı toz darçın
1 çay qaşığı toz zəncəfil
1 ədəd hil

Hazırlanması:
Qara çayı qaynayan suyun içərisində 3 dəqiqə dəmləyin. Daha sonra çayı süd qabın içərisinə köçürün. Soyuq südlə birlikdə qaynamağa buraxın.

Mixəyi, toz darçını, zəncəfili, istiotu və hilin içərisindəki toxumları çıxararaq südün içərisinə əlavə edin. 3 dəqiqə daha bişirdikdən sonra süzgəcdən keçirin.

Toz darçınla xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 364
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri