Yayın ən sərinləndirici kofeləri resepti

Müəllif: Gülşən
Şərhlər: 7
Baxılıb: 3 624
Səs ver:
(səs: 0)
Çiyələkli kofe

Yayın ən sərinləndirici kofeləri resepti


Tərkibi: 2 stəkan espresso, 2 çay qaşığı moruq siropu, 2 çay qaşığı şokolad sosu, 1 ovuc təzə çiyələk, 2 qaşıq dondurma, kakao tozu və kofe çəyirdəkləri.

Hazırlanması: kofeni hazırlayın və soyudun. Buzu stəkana tökün. Çiyələkləri 4-ə bölün və buzun üzərinə əlavə edin. Şokolad sosu və kofeni içərisinə tökün. Krem şanti, kakao tozu və kofe çəyirdəkləri ilə bəzəyin. Üzərinə dondurma qoyun

Kofe smuzi



Tərkibi: 200 ml espresso, 1 banan, 150 ml qatıq, darçın, 1 çay qaşığı kakao tozu, 1 ovuc təzə çiyələk, şokolad sosu və dilimlənmiş badam.

Hazırlanması: kofeni hazırlayın və soyudun. Buzu stəkana tökün. Qatıq, banan, çiyələk, kofe, kakao və darçını həll olana qədər blenderdən keçirin. Qarışığı buzun üzərinə əlavə edin. Krem şanti, şokolad sosu və badamla bəzəyin.

Portağallı, peçenyeli kofe



Tərkibi: 200 ml təzə dəmlənmiş kofe, 2 portağal, toz şəkər, krem şanti, peçenye qırıntıları və fındıq.

Hazırlanması: portağalların suyunu sıxın və bir qaba yerləşdirin. Üzərinə şəkər əlavə edib 5 dəqiqə aşağı temperaturda qaynadın. Əldə olunan siropu süzün və soyudun. Təzə dəmlədiyiniz qəhvəni digər ərzaqlarla qarışdırın. İçkini buz əlavə etdiyiniz stəkana tökün. Üzərinə krem şanti, peçenye qırıntıları və fındıq əlavə edin.

Bananlı kofe



Tərkibi: 350 ml sərt kofe, 100 qr şokoladlı dondurma, 1 banan, darçın, rəndələnmiş şokolad.

Hazırlanması: sərt kofeni hazırlayın, süzün və soyudun. Üzərinə dondurmanı əlavə edin. Bananı əzin və kofeli qarışığa əlavə edin. Qırılmış buzları stəkana tökün və üzərinə hazırladığınız qarışığı əlavə edin. Darçın və şokoladla bəzəyin.

Şokoladlı və nanəli kofe



Tərkibi: 150 ml təzə dəmlənmiş filtr kofe, 100 qr qara şokolad, nanə siropu və vanilli dondurma.

Hazırlanması: şokoladı filtr kofenin içində, aşağı temperaturda əridin. Qarışığı bir az soyudun və nanə siropunu əlavə edin. Buzu əzib stəkana tökün. Qarışığı buzun üzərinə əlavə edin. Üzərinə dondurma qoyun. Nanə yarpaqları və qara şokoladla bəzəyin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 624
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri