Şaftalı ilə soyuq çay resepti - FOTO RESEPT

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 2 653
Səs ver:
(səs: 0)
Salam Qadınla.Com'un əziz userləri. Sizinlə özümün də tez-tez hazırladığım soyuq çay reseptimi bölüşəcəyəm. Yayın ən susuzluğu yatıran içkisidir deyə bilərəm, həm də müxtəlif meyvələrlə etmək olur çox gözəl aroma dadı olur meyvələrlə etdikdə. Mən şaftalı ilə edirəm daha çox)) Normalda adı soyuq çaydı, meyvəsiz etdikdə normal soyuq çay olur,dükkandakından da qəşəng olur , istər meyvəli istər sadə soyuq çay.

Şaftalılı soyuq çay.
Tərkibi:
Təzə dəmlənmiş çay
Şəkər tozu
Limon
Şaftalı (şaftalının yerinə çiyələk, ərik, alma və.s meyvələr ola bilər)

Hazırlanması:
Əvvəlcə 5 şaftalını bir qabda 8 stəkan suda qaynadırıq, şaftalının yaxşıca ətri çıxır. Daha sonra çay dəmləyirik, çaynikin tutumundan asılıdı bu, mənim dəmlədiyim 4 stəkan tutur, dəqiq desəm 6 stəkan suda dəmləyirəm, 1 çaynik yarım yəni. Çay dəmlənənə qədər limonun suyunu limon sıxanla sıxırıq, əgər limon kiçikdirsə 2 limon sıxın, böyükdürsə 1 limon bəs edir. Bir sürahiyə dəmlədiyimiz çayı tökürük, ardınca 5-6 xörək qaşığı şəkər tozu əlavə edib həll edirik, sonra limon suyunu, sonra qaynatdığımız şaftalı suyunu əlavə edirik. Və sərinləməyə qoyuruq. Beləliklə sərin və susuzluğu mükəmməl şəkildə yatıran aromalı soyuq çayınız hazırdır.Dükkandan almağınıza gərək qalmadı))

Qeyd: Meyvəli soyuq çay etdikdə diqqət edin meyvə suyu çox olsa kompot dadı verəcək, ona görə çalışın əsas çayın öz dadı ortaya çıxsın. Meyvə ona aroma qatacaq.

Şaftalı ilə soyuq çay resepti - FOTO RESEPT


Nuş olsun.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 653
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri