İmmuniteti gücləndirən, orqanizmi təmizləyən yaşıl detoks resepti

Müəllif: aliceWOnDer
Şərhlər: 9
Baxılıb: 6 204
Səs ver:
(səs: 4)
Müxtəlif meyvə və tərəvəzlərdən hazırlanan detoks yalnız orqanizmi şlaklardan təmizləmir, həm də bədəni lazım olan vitaminlərlə təmin edərək həzm sistemini yaxşılaşdırır. Qaraciyər sağlamlığını qoruyur, onun işini yaxşılaşdırır.
 
Üstəlik, Türkiyənin sağlamlıq mütəxəssisi Cenk Kıralın bahar ayları üçün təklif etdiyi bu detoksu çeynəmək problemi də yoxdur. Şirə şəklində hazırlanan və yaşıl tərəvəzlərdən hazırlanan  detoksu içə bilməsəniz, içinə limon əlavə edin. Bu detoksu içdikdən sonra orqanizminiz sizə minnətdarlıq edəcək və bir çox orqanlar təmizlənəcək.
 
Səhər içilməsi məsləhət görülən və orqanizmi təmizləyən detoks hazırlamaq üçün sizə nə lazım olduğundan başlayaq.
 
Tərkibi:
1 ədəd yaşıl alma
1 ədəd limon
1 ədəd xiyar
1 ovuca qədər nanə yarpağı
Yarım çay qaşığı qədər zəncəfil

Hazırlanması:
Alma və limonun qabıqları soyularaq şirə çəkənə atılır. Əgər almalar çox kiçikdirsə, 2 dənəsini atın. Üstünə zəncəfil əlavə edin.
Həftəlik təklif olunan detoks qarışığından səhər yuxudan qalxan kimi və günorta yeməyindən bir saat əvvəl gündə 2 stəkan içmək təklif olunur.
 
İmmunitet sistemini gücləndirən detoks
 
Tərkibi:
1 ədəd alma
3 sap kərəviz
4 kələm yarpağı
½ limon
1-1.5 sm soyulmuş zəncəfil kökü
 
Hazırlanması:
Bu ərzaqları şirə çəkən maşına əlavə edib suyunu süzün. Detoks səhərlər oyanan kimi içilməlidir. Bədənə enerji verir, A, B və C vitaminləri ilə zəngin olduğu üçün immuniteti gücləndirir, orqanizmi toksinlərdən və zəhərli maddələrdən təmizləyir.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 6 204
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri