Tərkibi: 3 alma 1 limon 50 q qara çay 2 x.q. narın şəkər tozu 1 x.q. mixək 2 darçın çubuğu
Hazırlanması: Sobanı 100 dərəcə qızdırın. Almaları təmizləyib kubik doğrayın. Dərin qaba yığın, üzərinə limon şirəsi və şəkər tozu töküb yaxşıca qarışdırın. Siniyə bir lay yığın, sobaya qoyub 1 saat 30 dəqiqə qurudun. Sonra sobadan çıxarıb elə sinidə tam soyudun. Darçın və mixəyi quru tavada orta itilikli odda 2 dəqiqə qovurun. Həvəngdəstədə döyün. Blenderdə də xırdalaya bilərsiniz, amma həvəngdəstədə hazırlasanız, ətri daha güclü olacaq. İri qabda quru çay, ədviyyat və almanı qarışdırın. Ağzı hermetik bağlanan qaba yığıb 2 həftə saxlayın. Sonra adi çay kimi dəmləyin.