Tərkibi: 4-6 x.q. quru qara çay 275 ml təzə sıxılmış soyuq portağal şirəsi 0,5 laymın şirəsi 12 budaq təzə nanə 0,5 portağal 0,5 limon 2 x.q. şəkər pudrası buz
Hazırlanması: 1,2 litr su ilə çay dəmləyin.
2 x.q. şəkər pudrası ilə 6 nanə budağı əlavə edin. 15-20 dəqiqə saxladıqdan sonra süzün, tam soyudun.
Soyumuş çayı buz parçaları ilə doldurulmuş şüşə qrafinə tökün, portağal və laym şirəsi, 6 nanə budağı əlavə edin.
Portağalla limonu dilimləyib əlavə edin, qarışdırın.