Limon və portağalla limonat resepti

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 2 944
Səs ver:
(səs: 0)
Tərkibi:
1 portağal,
1 limon,
1 stəkan şəkər(öz zövqünüzə uyğun),
3 litrə su,
Arzuya görə nanə

Hazırlanması:
Limon və portağali təmiz-təmiz yuyun.
Suyunu silin ki, doğrayanda çox sulu olmasın.
Sonra limon və portağalı alma dilimi kimi dilimləyin.
Dilimlədiyiniz meyvəzəli soyuducuya yığıb donmağa qoyun. Meyvələrin qabıqlı olması sizi qorxutmasın.
Çünki, donanda qabıqlarda olan acılıq gedir.
Limonat hazırlamazdan 15 dəqiqə əvvəl soyuducudan meyvələri çıxardın və rondoya alıb üzərinə şəkər əlavə edib rondodan keçirdin. Rondodan çıxardandan sonra geniş bir qaba alıb üzərinə suyu əlavə edin.
Belə vəziyyətdə yarım saat saxlayın.
Yarım saatdan sonra süzün. İçərisinə nanəni əlavə edin.
Soyuq halda servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 944
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri