Tərkibi: 750 qr kal nektarin 1 yemək qaşığı qaya duzu 10 diş sarımsaq 3 dilim limon Yarım su stəkanı üzüm sirkəsi Qaynar su 1,5 litrlik şüşə banka
Hazırlanması: 1 Nektarinləri bol suda yuyub kənarlarına bıçaqla kəsiklər atın.
2 Bankaya yığın, aralara sarımsaqlar və limon dilimlərindən 2 dənəsini yerləşdirin.
3 Qaya duzu və sirkə əlavə edin, qaynar suyu nektarinlərin üzərini aşacaq kimi əlavə edərək ən üstünə bir dilim limonu yerləşdirin, bankanın qapağını möhkəm bağlayıb tərs çevirin (soyuyana qədər bu şəkildə gözlədin).
4 Sərin və qapalı şkafda təxminən 10 gün sonra nektarin turşusu yeməyə hazır hala gələcəkdir.