Tərkibi: Ağ gilas- 4-5 kq Şəkər tozu- 3,5 kq Fındıq ləpəsi 1 -1,5 kq
Hazırlanması: Xanımların bildiyi kimi gilasların qulpu qoparılır, yuyulub çərdəyi çıxarılır. Fındıq qovrulub qabıqdan təmizlənir. Sonra gilasların içərisinə fındıqlar doldurulur. Üzərinə qaynadılmış şərbət tökülür. 3-4 saat saxlanılr. Yenidən şərbət süzülür, qaynadılır yenədə gilasların üzərinə tökülür. 3-4 dəfə bu proses təkrarlanır. Axırda hazır olana kimi bişirilib götürülür. Buyurun xanımlar gilas mürəbbəmiz hazırdır.