Sobada ət konservi resepti - FOTO RESEPT

Şərhlər: 1
Baxılıb: 2 912
Səs ver:
(səs: 0)
Qışda yemək olmayanda, tezbazar hazırlamaq və doyumlu qida ət bağlanmış banakalardır.

El arasında "tuşenka” adlanan mal əti konservi hələ sovet dövründən ətri, dadı ilə çoxlarının ağız dadına uyğundur. Elə indi də müxtəlif markaların ət konservləri var. Amma yəqin ki, bir çoxunuz onun hansı ətdən hazırlandığından şübhələnir və ya bahalığından gileylisiz.

Evdə, sobada, ət tuşenkasının bankada hazırlanması qaydasını təqdim edirik. Çox asandır, təmiz mal əti və yağı əldə edib, ətrindən doyulmayan ət bağlaması edə bilərsiz.

Tərkibi:
200 qr mal əti
100 qr qreçka (qarabaşaq)
100 ml su
10 qr mal piyi və ya quyruq
Sarımsaq, duz, istiot dənəli və dəfnə

Hazırlanması:
Ət yuyulur, tikələrə bölünür, sterilizə olunmuş bankanın yarısına kimi yığılır. 

Hər bankaya bir qədər piy qoyulur, duz, istiot səpilir və soyuq su süzülür. 

Dəmir qapaqların içindəki rezin halqa çıxarılır, bankanın ağzına qapaq qoyulub və bankalar soyuq sobaya yığılır. Soba yandırılır və 200 dərəcədə isidilir. 

Bankadakı su qaynamağa başlayanda dərəcəni 150-ə endir, daha sonra 100 dərəcəyə azalt. Su çox bərk qaynamamalıdır.

Bankanı çıxar, bir neçə diş sarımsaq, 1 dəfnə yarpağı və 1 qaşıq qarabaşaq əlavə edib, isti su al, yenə qapağını örtüb, sobaya qoy. 150 dərəcədə qaynara su qaynara düşənə kimi bişir, sonra 100 dərəcəyə endirib, əti 1 saat orda saxla. 

1 saat sonra sobanı söndür, bankaları çıxarma, elə içindəcə 1 saat ərzində özü soyusun. Soyuduqdan sonra çıxar, qapağının rezinini geri tax və bundan sonra qapağı maşınla kip bağla.

Sobada ət konservi resepti - FOTO RESEPT

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri