Naringi mürəbbəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 7 929
Səs ver:
(səs: 2)

 

 

Konyaklı naringi mürəbbəsi


Tərkibi: 

0,5 kq naringi
0,5 kq şəkər tozu
2-3 x.q. konyak 

Yaxşı olar ki, xırda mandarin götürəsiniz. Təmizləyin, dilimləyin, üzərinə şəkər tozu səpin, konyak gəzdirin, 1 gecə saxlayın. 

Səhəri gün ocağın üstə qoyun (qaynamasın). Ocağı azaldın və 40 dəqiqə qaynatmadan bişirin. Soyudun. Sterilizə edilmiş bankalara yığıb soyuq yerdə saxlayın. 
Göstərilən miqdardan 700 q mürəbbə alınır. 

Qabıqlı naringi mürəbbəsi 

Tərkibi: 

1 kq mandarin 
1 kq şəkər tozu
3/4 st. su

Xırda naringiləri 5 dəqiqə qaynar suda saxlayın. Sonra çıxarıb soyuq suya salın və 1 saat saxlayın. Meyvələrin üstündə bıçaqla kəsiklər edin, yaxud ikiyə bölün. 1 kq şəkər tozu və 3/4 st. sudan şərbət bişirin, naringiləri içinə qoyun. Vam odda bişirin. 

Ədviyyatlı naringi mürəbbəsi

Tərkibi: 

6 iri naringi
500 q şəkər tozu
darçın budağı

Naringilərin qabığını soyun, dənələrini çıxarın. Emallı qaba yığın, üstünə 500 q şəkər tozu səpib bir gecə saxlayın. 1 mandarinin sedrasını xırdalayın, sabahısı gün naringilərə əlavə edin. Vam ocağın üstə qoyun. 20 dəqiqə sonra darçın budağını içinə salın. Daha 20 dəqiqə bişdikdən sonra darçın budağını çıxarın, mürəbbəni ocaqdan götürün, 1 saat soyudun, bankalara yığın. 

Əgər xırda naringidən müəbbə hazırlayırsınızsa, onda hər bir meyvənin içinə bir mixək batırın, sonra yuxarıda göstərilən qaydada bişirin (darçınsız).

Naringi pastası

Tərkibi:

500 q naringi
2 st. su
150-500 q şəkər tozu
 
Naringini yuyun, qabıqdan təmizləyin, dilimləyib xırda doğrayın. 
Qazana naringinin sürtgəcdən keçirilmiş sedrasını və doğranmış naringi lətini tökün, 1-2 st. su əlavə edin, qazanın qapağını kip bağlayıb orta itilikli ocaqda 40 dəqiqə (sedra yumşalanadək) bişirin. 

30 dəqiqə sonra qazana şəkər tozu əlavə edin, daha 10 dəqiqə bişirin, ocaqdan götürün, soyudun, blenderdə xırdalayın. Bankalara yığıb qapağını bağlayın, soyuducuda saxlayın. 

Nuş olsun!  :11: 
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 7 929
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri