Ağ kələm turşusu

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 12 817
Səs ver:
(səs: 0)
Tərkibi:
1 ədəd kiçik boy kələm
6 ədəd kök
1 baş sarımsaq
1 ovuc noxud
2 yemək qaşığı qaya duzu (turşu duzu olaraq da satılır)
2 çay qaşığı toz şəkər
1 stəkan üzüm sirkəsi
Qabı dolduracaq qədər su
Kələmi ovmaq üçün 1,5-2 yemək qaşığı duz

Hazırlanması:

Kələmi iri-iri doğrayın. Daha az yer tutması üçün duzla ovun. Sabaha qədər yumşalması üçün gözləyin. Sonra yumşalan kələmi yuyub, süzün. 1 baş sarımsağı dişlərinə ayırıb, qabıqlarını soyun. Kökləri də soyub uzunsov formada, uzununa doğrayın. Daha sonra qabın ən alt qisiminə bir ovuc noxud qoyun. Sarımsaqların yarısını əlavə edin. Üzərinə kələmin yarısını əlavə edib, basdıraraq yerləşdirin. Uzun olaraq doğranan kökləri da qabın kənarlarına yerləşdirin. Ardından kələmin üzərinə qalan sarımsaqları əlavə edib, digər qalan kələmlərlə qabı doldurun. Eyni şəkildə təkrar kökləri əlavə edərək, bütün ərzaqlar qurtarana qədər bu qayda ilə davam edin. Son olaraq duz, şəkər, sirkə və üzərinə keçəcək qədər su qoyub, qabın ağzını möhkəmcə bağlayın. Günəş almayan bir yerdə 15 gün açmadan gözlədin. Turşunuzu açdıqdan sonra ağırlaşmaması üçün sərin bir yerdə saxlaya bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 12 817
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri