Qışda yemək üçün pomidor çığırtması

Müəllif: Antikvar
Şərhlər: 2
Baxılıb: 8565
Səs ver:
(səs: 2)
Qışda da yayda olduğu kimi, ləzzətli pomidor çığırtması yemək istəyirsiniz? O zaman sizə asan və dadlı pomidor çığırtması resepti veririk.

Lazım olanlar:
2,5 kilo pomidor
500 qram acı bibər
1 stəkan zeytun yağı
1 çay qaşığı duz

Hazırlanması:
Əvvəlcə pomidorları yuyun və bir az qaynar suda saxlayın. Bu şəkildə qabıqlarını çox daha asan təmizləyərsiniz. Qabıqları təmizlənmiş pomidorları kub şəklində doğrayın. Acı bibərləri də yaxşıca yuduqdan sonra xırda-xırda doğrayın. Geniş və dərin bir tavaya zeytun yağını töküb qızdırdıqdan sonra bibərləri əlavə edib, rəngləri azacıq saralana qədər qovurun. Sonra doğradığınız pomidorları da əlavə edib, bir-iki dəfə qarışdırın və qaynayana qədər tavanın qapağını bağlayın. Qaynamağa başlayanda duzunu əlavə edib, ocağı ən az odda qoyaraq, tavanın qapağını açın. Bu formada istədiyiniz hala gələnə qədər təxminən 2 saat bişirin.

Bu müddətdə balonları və qapaqlarını geniş bir qabın içində həm isti qalmaları, həm də dezinfeksiya olmaları üçün 5-10 dəqiqə qaynadın. Qaynadandan sonra həm balonları, həm də qapaqları nəmli qalmayacaq şəkildə yaxşıca qurulayın və sousu onlara yığın və qapaqlarını möhkəm bağalayın. Balonları tərs çevirərək bir gecə saxlayın. Sonra onları qaranlıq bir yerdə mühafizə edərək istədiyiniz zaman istifadə edə bilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 8565
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri