Vanilli və portağallı qara üzüm mürəbbəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 515
Səs ver:
(səs: 0)
Üzüm yeməyi çoxumuz sevirik. Xüsusən də qara üzümün orqanizmə nə qədər faydalı olduğunu bilirik. Bəs onun mürəbbəsini də sevirsinizmi?
Qadinla.com sizə qara üzüm mürəbbəsinin hazırlanma qaydasını təqdim edir. Hazırlanma prosesi asandır və çox vaxt aparmır, üstəlik dadı da xoşunuza gələcək.

Hazırlanma vaxtı: 15-20 dəqiqə
Bişirmə vaxtı: 25 dəqiqə

Lazım olanlar:

• 1 kq qara üzüm (saplağından təmizlənmiş xalis çəki olmalıdır)
• 500 qram şəkər tozu
• 1 portağalın suyu
• 1 stəkan su 200 ml
• 1 çay qaşığı limon tuzu
• 2 ədəd vanil

Hazırlanması:


İlk növbədə üzümü ləyəndə suyun içində 15 dəqiqə saxlayın ki, üstündə torpaq qalmasın. Sonra təmiz yuyub süzün. Üzüm, şəkər tozu, portağal suyu və legend.az suyu dərin bir qazana əlavə edin. Su salıb şirəyə düşənə qədər vam odda, legend.az daha sonra orta odda bişirin. Qaynara düşəndən sonra 20-25 dəqiqə bişirin. Sonda limon duzu və vanil əlavə edib, 3-4 dəqiqə də bişirin.
Bir qaşıq mürəbbə götürüb legend.az boşqaba qoyun və soyuması üçün 15 dəqiqə soyuducuda saxlayın. Soyuyandan sonra bal kimi qatı olubsa, deməli, hazırdır. Əgər çox suludursa, 3-4 dəqiqə də bişirin.

Mürəbbə tam soyuyandan sonra ağzı bağlı şüşə qablarda sərin yerdə saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri