Tərkibi: 1 kg duzlu lor pendiri, Yarım litr süt, 1 kg yaşil və qırmızı kiçik acı bibər, Zeytun yağı,
Hazırlanması: Lor pendiri və südü bir qaba alıb qarışdırın. Üzərini möhkəm bağlayıb soyuducuda 1 gecə soyuducuda saxlayın. Bibərləri yuyub sap hissələrini qapaq şəklində kəsin. Çəyirdəklərini təmizləyin. Kağız dəsmal ilə yaxşı-yaxşı qurudun. Bibərlərin içini südlü pendir qarışığıyla doldurun. Bibərləri şüşə bankalara dik olaraq yerləşdirin. Banka tam dolduğunda üzərinə çıxacaq qədər zeytun yağı əlavə edin. Bankanın qapağını möhkəm bağlayıb Ssoyuducuda saxlayın. 3 həftə saxlayın. Yağını süzərək servis edin.