Tərkibi: 1 soğan 1 yemək qaşığı kərə yağı 2 su stəkanı arpa əriştə 200 g kiçik tikə toyuq əti 8-9 parça qurudulmuş pomidor Yarım çay stəkanı zeytun yağı 3 su stəkanı su Duz İstiot 7-8 budaq reyhan
Hazırlanması: Doğradığınız soğanı kərə yağında qızarana qədər bişirin. Arpa əriştə və toyuq ətini əlavə edib, əriştə rəngi yüngül dönüncəyə qədər qovurun. İncə doğradığınızqurudulmuş pomidor, zeytun yağı və suyu əlavə edin. Duz və ədviyyatlarla dadlandırılmış toyuq ətləri hazır olana qədər bişirin. İncə kəsdiyiniz reyhanı əlavə edib qarışdırın və ocaqdan götürün. Qapağı örtülü olaraq 15 dəqiqə dinləndirib isti xidmət edin.