Toyuq dolması resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 9
Baxılıb: 3 345
Səs ver:
(səs: 0)
Tərkibi:
Bir ədəd bütöv toyuq,
yarım soğan,
bir ədəd sobada istifadə edilən paket.

İçliyi üçün:
1 stəkan düyü
* Yarım armudu stəkan zeytun yağı
* 1 kiçik ölçülü baş soğan
* 2 x.q. quşüzümü
* 2 x.q. qaşığı fıstıq
* 1 dəstə göyərti
* Zövqə görə duz, istiot.

Hazırlanması:
1.Soğanısoyun, xırda-xırda doğrayın.
2.Zeytun yağını tavaya tökün və soğanı qovurun, soğan qızarana yaxın fıstıqları əlavə edib fıstıqlar qızaranadək qovurun.
3.Üzərinə düyünü əlavə edib 3 dəqiqə qovurun. Son olaraq quşüzümünü, ədviyyatları və 1 stəkan suyu əlavə edin.
4.Orta odda plov suyunu çəkənə kimi bişirin, ocaqdan götürün və göyərtini xırda doğrayıb əlavə edib bi-iki dəfə qarışdırıb soyumağa qoyun.
5.Soyumuş plovu toyuğun içinə doldurun.Toyuğun dərisinə bir cızıq ataraq budlarını birləşdirin və paketin içinə yarım soğanla birlikdə qoyun.
6.Diş çöplərinin köməyi ilə paketi bir neçə yerdən dəlib listə yerləşdirin.
Əvvəlcədən isinmiş 200 dərəcə sobada təxminən 2 saat ərzində bişirin.

Qeyd: Toyuğun içinə doldurulacaq plovu hazırlayarkən önəmli olan plovun az su ilə bişirilməsidir.Çünki, toyuğun içində düyü toyuq suyu ilə bişir.Toyuğun içini çox doldurmayın, toyuq partlayıb çirkin bir görüntü ortaya çıxa bilər.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 345
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri