Tərkibi: 1 ədəd yumurta 1 çay stəkanı maye yağ 4 xörək qaşığı əridilmiş kərə yağı 2 yarım xörək qaşığı qatıq 1 şirin qaşığı duz 1,5 paket qabartma tozu 3,5 su stəkanı un
İçliyi Üçün; 1 su stəkanı ağ pendir Yarım dəstə cəfəri
Hazırlanması:
Dərin bir yoğurma qabının içərisinə yumurta, maye yağ, əridilmiş kərə yağı, qatıq, duz və qabartma tozunu alaraq xəmir olana qədər yaxşı qarışdırın.
Sonra unu az-az içərisinə əlavə edin.
Yumşaq və ələ yapışmayan konsistensiya gəlmiş xəmiri bir iki dəqiqə gözlətdikdən sonra qoz böyüklüyündə parçalar alıb ortasına içliyi əlavə edin.
Yağlı kağız sərdiyiniz boşqaba düzdükden sonra üzərinə yumurta sürtün.
İstəyə görə çörək otu da səpəndən sonra 180 dərəcədə qızarana qədər bişirin