Tas kababı resepti

Müəllif: Love Angel
Şərhlər: 10
Baxılıb: 3 022
Səs ver:
(səs: 1)
Tərkibi:
1200 qram quşbaşı doğranmış qoyun ya da dana əti,
Yarım su stəkanı zeytun yağı,
1 ədəd soğan,
6 diş sarımsaq,
2 şorba qaşığı pomidor tomatı,
1 ədəd dəfnə yarpağı,
10 ədəd əzilməmiş istiot,
1 şirniyyat qaşığı un,
Bir litrə yarım isti su,
Duz

Hazırlanması:

Zeytun yağını bir qazana alıb əti əlavə edin.
Ət suyunu saldıqdan sonra qazanın qapağını qapadın və 10 dəqiqə qovurun. Suyu qurumağa başladıqdan sonra qapağını açıb üzərinə soğan və sarımsaqları bütöv halda əlavə edin.
Un xariç diğər ərzaqları da əlavə edin. 5 dəqiqə qədər birlikdə qovurun.
Ardından unu əlavə edib bir iki çevirin və suyunu, duzunu əlavə edin.
Yemək bişərkən əmələ gələn köpükləri ara- sıra alın.
Köpük bitincə qazanın qapağını qapadıb vam odda bir saat yarım bişirin.
Kartof pürəsi xaric də servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri