Vegeteryanlar üçün dadlı göbələk kotleti resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 885
Səs ver:
(səs: 0)
Tərkibi:
150 qram göbələk
1 ədəd kiçik kabak
1 ədəd kiçik baş soğan (incə incə qıyılmış)
2 diş sarımsaq,
4 yemək kaşığı zeytunyağı
4 yemək qaşığı incə qıyılmış cəfəri
3/4 su stəkanı pörtmüş lobya
3/4 su stəkanı suxari
1,5 çay qaşığı duz
1 çay qaşığı zirə
1 çay qaşığı istiot.
1 çay qaşığı pul bibər

Hazırlanması:
Göbələklərin saplarını çıxarın və çox kiçik küplər halında doğrayın. Kabağı rəndənin xırda hissəsində rəndələyin və artıq suyunu sıxın. Sarımsağı əzin. Bir tavanın içərisinə sıra ilə zeytun yağını, sarımsağı, çox kiçik doğranmış soğanı, göbələk və sonra balqabağı köçürün. Gözəlcə qovurun. Ocakqtan alıb yüngül soyudun. Sonra dərin bir kasanın içində lobyalaları əzin, ya da blenderdən keçirin. Tərəvəzləri üzərinə əlavə edin və yüngülcə əzərək Qarışdırın. Birbirləriylə qarışan tərəvəzlərin üzərinə qalet unu, duz, incə qıyılmış cəfəri və ədviyyatları əlavə edin. Qarışdırın və orta qalınlıqda kotletlər əldə edin. Bu kotletləri bişirmə kağızı sərdiyiniz soba sinisinin üzərinə köçürün və üzərinə fırça köməyiylə zeytun yağı sürün. 180 dərəcədə 10-15 dəqiqəyə qədər hər iki tərəfli bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 885
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri