Tərkibi: 4 ədəd orta boy kartof duz istiot quru nanə muskat bir qədər cəfəri 1 litr su
Qiyməsi üçün: 150 qram qiymə 1 kiçik boy soğan duz istiot 2-3 y/q duru yağ
Servis üçün: 1 kasa qatıq 2 diş sarımsaq
Sous üçün: 1 y/q pomidor pastası 2 y/q kərə yağı duz
Hazırlanması: Kartofları soyun və iri kublar halında doğrayın. Qazana əlavə etdiyiniz kartoflara duz və su əlavə edərək yumşalana qədər qaynadın.
Qaynadılmış kartofları süzün, qazana duz, istiot, quru nanə əlavə edərək əzin.
Hazırladığınız püredən yumurta böyüklüyündə parçalar qoparın. Barmağınızla ortasına dəlik açaraq genişlədin.
Hazırladığınız kartofları servis qabına yığın. Duru yağı qazana əlavə edib, xırda-xırda doğradığınız soğanı və qiyməni əlavə edərək qiymə suyunu çəkənə qədər bişirin. Qazın üstündən götürmədən əvvəl duz və istiotla dadlandırın.