Bildirçinli plov resepti

Müəllif: my_angel
Şərhlər: 9
Baxılıb: 2 804
Səs ver:
(səs: 1)
Tərkibi:
4 ədəd bildirçin
300 qr göbələk
150 qr bişmiş şabalıd
100 qr qoz ləpəsi
2 xörək qaşığı mayonez
1 ədəd soğan
duz, istiot
Qızartmaq üçün duru yağ

Plov üçün:
800 qr uzun düyü
200 qr əridilmiş kərə yağı
1 xörək qaşığı zərdəçal ( sarıkök və ya zəfəran da olar)
duz

Qazmaq üçün:
2 ədəd yumurta
6 xörək qaşığı bişmiş süzülmüş düyü

Hazırlanması:
İlk öncə bildirçinləri yaxşıca yuyub, içərisini təmizləyin. Duz, istiot səpib kənara qoyun.
Bu müddətdə içliyi hazırlayın. Soğanı xırda doğrayıb, yağda qızardın. Üzərinə kiçik ölçüdə doğranmış göbələk əlavə edib tavanın qapağını örtün. Suyu çəkilənədək bişirin. Kənarda təmizlənib, bişirilmiş şabalıdı da doğrayıb əlavə edin. Üzərinə xırda-xırda qoz doğrayıb, qarışdırın. Duz, istiot səpdikdən sonra içlik hazırdır.
İçliyi bildirçinlərin içərisinə doldurub soba qabına qoyun. Bildirçinlərin üzərinə mayonez yaxın. Üstünü folqa ilə örtüb əvvəlcədən 240 dərəcə bişirilmiş sobada 40 dəqiqə bişirin. Daha sonra folqanı götürüb 5 dəqiqə də bişirin.
Düyünü duz əlavə olunmuş ilıq suda isladın. Aşı hazırlayacağınız qazana su doldurub qaynamağa qoyun. Su yaxşıca qaynadıqda içərisinə duz və yuyulub süzülmüş düyünü əlavə edin. Düyü tam bişməmiş ocaqdan götürüb süzün. Süzdüyünüz düyüdən 5 xörək qaşığını 2 yumurta ilə qarışdırıb qazmaq formasında qazanın dibinə yayın. Üzərinə qalan düyünü, zərdəçalı və ərinmiş kərə yağını əlavə edib az odda dəmə qoyun. 1 saata plov hazırdır.
Bildirçinli plovu isti halda süfrəyə verin.
Nuş olsun!
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 804
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri