Sobada qril dadında toyuq resepti

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 4 578
Səs ver:
(səs: 0)
Qril dadında toyuq hazırlamaq üçün qril aparatına və ya manqala ehtiyac yoxdur. Ev şəraitində sobada həm daha asan, həm də daha təmiz şəkildə toyuq qızarda bilərsiniz.
Tərkibi:
1 ədəd bütöv toyuq
1 çay qaşığı istiot
1 çay qaşığı bibər tozu
1 xörək qaşığı acı sous
1 xörək qaşığı xardal
1 xörək qaşığı sirkə
1 xörək qaşığı sarımsaq tozu
yarım stəkan soya sousu
2 xörək qaşığı qatıq
duz

Hazırlanması:
İlk öncə toyuğu bir tərəfindən kəsib 15 dəqiqə suda bişirin. Bişən toyuğun suyunu süzün və üzərinə istiot, bibər tozu, acı sous, xardal, sirkə, sarımsaq tozu, soya sousu, qatıq, duz töküb yaxşıca toyuğa bulayın. 15 dəqiqə kənarda saxlayın sous toyuğa hopsun. Soba sinisinə alma dilimli kartof və göbələkləri düzün. Orta hissəsinə içi su dolu kasanı yerləşdirin. Sobanın ızgara telinin üzərinə toyuğu yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızıdırılmış sobada təxminən 50 dəqiqə bişirin.
Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 578
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri