Qapalı lahmacun resepti

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 2 151
Səs ver:
(səs: 0)
Tərkibi:
Xəmir üçün:
4,5 su stəkanı un,
1 yemək qaşığı quru maya,
1,5 stəkan su,
2 çay qaşığı duz,

İç xərci üçün:
500 q qiymə,
2 ədəd soğan,
2 ədəd çəyirdəkləri çıxardılmış pomidor ,
Yarım dəstə cəfəri,
1 şorba qaşığı bibər tomatı,
2 çay qaşığı duz,
1 çay qaşığı istiot,
5 yemək qaşığı zeytun yağı

Üzəri üçün:
Yumurta sarısı,

Hazırlanması:
Mayayı bir su stəkanı ilıq suda əridin.
Geniş bir kasaya unu alıb maya və duz əlavə edərək elə yapışmayacaq bir xəmir əldə edin.
Üzərini qapadıb xəmiri mayalandırın.

İç xərci üçün:
Soğanı incə- incə doğrayın.
Duru yağda qovurun.
Üzərinə qiyməni əlavə edin.
Tomatı əlavə edib qovurun.
Sonra doğranmış pomidoru, duz və istiotunu qatın.
Ən son incə doğranmış cəfəri əlavə edin.
Ocaqdan alın.
Xəmirdən iri parçalar alıb tabaq böyüklüyündə açın.
Ortasına qiyməli xərcdən alın və ikiyə qatlayaraq qapadın.
Üstünə yumurta sarısını sürtüb öncədən 180 dərəcə qızdırılmış fırında 30-35 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri