Kəsmikli badımcan ruleti resepti

Müəllif: my_angel
Şərhlər: 1
Baxılıb: 2 093
Səs ver:
(səs: 1)
Tərkibi:
1 ədəd badımcan
200 qr kəsmik
50 qr pendir
1 diş sarımsaq
1 budaq cəfəri
bitki yağı
2 ç/q duz
1 ç/q istiot

Hazırlanması:
Badımcanları yuyur, təmizləyir uzunsov şəkildə doğrayırıq. Üzərinə duz əlavə edib 10 dəqiqə gözləyirik. Daha sonra badımcanları yağlayırıq.
Badımcanları qızardır və daha sonra yağı çəkilsin deyə salfetkanın üzrinə qoyuruq.
Sarımsağı və cəfərini xırda şəkildə doğrayırıq. Üzərinə sürtkəcdən keçirilmiş kəsmiyi əlavə edirik.
Hazırladığımız qarışığı badımcanın içərisinə qoyub bükürük. Və budur qəlyanaltımız hazırdır.
Nuş olsun!
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri