İspanaqlı Göbələk Resepti

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 477
Səs ver:
(səs: 0)
Tərkibi:
1 xörək qaşığı zeytun yağı və ya rafinə olunmamlş kokos yağı
200-250 qr ispanaq
1 çay qaşığı dijon xardalı
1 stəkan yağlı kokos südü
1 xörək qaşığı qlütensiz un
1 ədəd soğan
3 diş sarımsaq
800 qr şampinyon göbələyi
2 çay qaşığı təzə limon suyu
duz, istiot zövqə görə

Hazırlanma qaydası:
Bir qabda kokos südü, dijon xardalı, un və çimdik duzu tel çırpıcıyla yaxşıca qarışdırın. Böyük qazanı zəif ocağa qoyub yağı qızdırın. Soğanı kub formasında doğrayıb yağda qovurun. Üzərinə xırda doğranmış sarımsağı da əlavə edib bir neçə dəqiqə qovurun. Şampinyon göbələyini doğrayıb qovrulan soğan və sarımsağa əlavə edib 4-5 dəqiqə arabir qarışdıraraq bişirin. Duz, istiot, təzə sıxılmış limon suyu da əlavə edib qarışdırın. Ocağı zəiflədin və qazana kokos südlü, unlu qarışığı əlavə edib 4-5 dəqiqə zəif odda bişirin. Təzə doğranmış ispanaqları da əlavə edib 1-2 dəqiqə bişirib ocağı söndürün.

Nuş Olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 477
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri