500-600 qram quzu əti
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı zeytun yağı (sous üçün)
2-3 incə doğranmış yaşıl bibər
1 qırmızı bibər
2 pomidor
2 baş quru soğan
2 dəstə yaşıl soğan
5-6 diş sarımsaq
2-3 dəfnə yarmağı
Kəklikotu, pul bibər, qara bibər
Duz
Hazırlanma qaydası:
Doğranmış soğanın suyunu çıxarın, içinə dəfnə yarmağı, kəklikotu və zeytun yağını əlavə edin. Quzu ətini xırda doğrayın, bu sousla qarışdırın, soyuducuda 5-6 saat saxlayın. Sacı isidin, içinə ətləri düzün və suyu çəkilənə qədər qovurun. Yağı da əlvə edəndən sonra doğranmış soğan və sarımsaq qatın. Soğanlar qovrulandan sonra əvvəlcə doğranmış pomidor əlavə edin. Ən sonda pul və qara bibərləri qatın.