Ev şəraitində lahmacun - RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 8 519
Səs ver:
(səs: 3)

Lazım olan ərzaqlar

1) 3,5 stəkan un

2) yarım paket yaş maya

3) duz

4) su

 

İÇ ÜÇÜN:

1) 300 qr. yağlı qiymə

2) 2 bibəri

3) 1 soğan

4) 1 pomidor

5) 1 tutam cəfəri

6) 1 xörək qaşığı tomat

7) zeytunyağı

8) duz


HAZIRLANMASI:

Unu qarışdırma kabına əlavə edib və ortasını hovuz kimi açırıq. Mayanı ortaya qoyuruq. Unun üzərinə duz səpirik. Mayanın üzərinə də bir az ilıq su tökürük və mayanı əridirik. Ortadan kənarlara doğru yavaş yavaş açılaraq xəmiri yoğururuq.

Qulaq məməsi yumşaqlığında bir xəmir əldə edirik. Xəmiri kiçik kündələrə bölürük və yumrulayırıq.

Qiymənin üzərinə bibərləri, soğanı, pomidoru və cəfərini incə incə doğrayıb tökürük.

Tomatı, duzu da əlavə edirik. Az zeytunyağı tökürük və yoğururuq. Xəmirləri nazik nazik açırıq. Yağlanılmış soba qabına açdığımız xəmirlərdən qoyuruq. Nə qədər sığsa o qədər qoyuruq. Üzərlərinə içdən qoyuruq və əlimizlə yayırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.

(səs: 3)
Şərhlər: 9
Baxılıb: 8 519
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri