Gəlin boxçası

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 4 693
Səs ver:
(səs: 1)
 
Xəmir üçün:

2 yumurta

1 st su

4-4,5 st un

1/3 ç.q duz

İçlik:

2 st çəkilmiş qoz ləpəsi

400 q qaymaq

Yağlamaq üçün: 

200 q kərə yağı

Yuxaları yaymaq üçün:

1 st buğda nişastası

Şərbət üçün:

3 st şəkər tozu

1,5 st su

1 dilib limon

Hazırlanması:

İlıq su, duz və yumurtanı qarışdırırıq.

Qarışığın üstünə unu əlavə edib yumşaq xəmir yoğururuq.

Xəmirin üstünə nəm dəsmal sərib 20 dəqiqə saxlayırıq.

Kərə yağını əridirik.

Xəmiri 8 yerə bölüb kündəliyirik.

Bir kündəni götürüb nişasta səpib oxlovla nazik yuxa yayırıq.

Yuxanı yağlayırıq.

3 yuxanı da yayıb yağlayırıq. 

4 yuxa olduqda 8x8 sm enində yuxaları kəsirik.

Hər kvadratın ortasına 1 ç.q qaymaq qoyuruq.

Qaymağın üstündən 1 ç.q çəkilmiş qoz tökürük. 

Uclarını birləşdirib yanlarını yapışdırıb ortasından uçları bir az açırıq.

Bu şəkildə hamısını düzəldirik. Qabı yağlayıb hazır boxçaları qaba yan-yana yığırıq. Qalan 4 yuxanı da nazik yayıb yağlayıb kəsib içlik qoyub bükürük.

180 dərəcə qızdırılmış sobada qızılı rəngdə qızaranadək bişiririk. (40-45 dəqiqə)

Gəlin boxçası bişənədək şərbətimizi hazırlayırıq.

Şəkər tozunu su ilə qarışdırıb limonu əlavə edib qaynamağa qoyuruq. Qarışdırırıq. Şərbətimiz hazır olanda lomonu içindən çıxardırıq. Şərbət nə çox su kimi nə də çox qatı olmamalıdır.

Bişmiş gəlin boxçasını sobadan çıxarıb üstünə isti şərbəti tökürük.

Şərbəti tamam özünə çəkdikdən sonra çay süfrəyə verə bilərsiniz.

Nuş olsun!

mənbə: resept.az
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 693
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri