Zeytunyağlı kələm dolması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3418
Səs ver:
(səs: 1)

 

Tərkibi


Kələm 1 orta boy - 1.5 kq 
Su 2 2/3 su stəkanı - 530 qr 
Duz 3 çay qaşığı - 18 qr 
Soğan 6 böyük boy - 600 qr 
Zeytun yağı 3/4 su stəkanı - 150 qr 
Düyü 1 1/3 su stəkanı - 240 qr 
Şəkər 2 çay qaşığı - 8 qr 
Qara üzümü 2 yemək qaşığı - 20 q 
Cəfəri 1 kiçik dəstə - 40 qr 
Şüyüd 1 kiçik dəstə - 30 q 
Nanə 1 1/2 yemək qaşığı - 2q 
Darçın 3/4 çay qaşığı - 1.5 qr 
Qara  bibər 3/4 çay qaşığı - 1.5 qr 
Yenibahar 1/2 çay qaşığı - 1 qr 
Limon suyu 2 yemək qaşığı - 20 q 
Limon 1 orta boy - 100 qr

 

Hazırlanması  

 

Kələmi yuyun. Qazana suyu və 1 çay qaşığı duzu qoyun , qaynayınca kələm yarpaqlarını qoy , bir dəfə alt-üst edərək yumşalıncaya qədər , 3-4 dəqiqə bişirin . kəfkirlə sudan çıxarın. Qaynatma suyunu ölç , 2 2 /3 su stəkanına tamamla və saxla .
Soğanı soyun , yuyun , incə incə doğrayın , yağı  qazana qoyun , qapağı bağla, az atəşdə , hərdənbir qarışdıraraq 20 dəqiqə bişirin , 
Düyünü yuyun , süzün , qazana qoyun , bir neçə dəfə daha çevirin . Qalan duzu , şəkəri və qaynatma suyunun 1 3/ 4 su stəkanını isti olaraq qazana atın , qarışdırın . Əvvəl orta , sonra az atəşdə suyunu çəkənə qədər , 10-15 dəqiqə bişirin. Digər tərəfdə cəfəri və dərəotunu yuyun , ayırın , incə incə doğra , nanə , ədviyyat və limon suyu ilə birlikdə bişmiş düyüyə əlavə edin , 10 dəqiqəlik kənara qoyun. Kələm yarpaqlarını böyüklüyünə görə iki -üç parçaya böl. Yarpaqların bir kənarına hazırlanan içdən qoyun , yan kənarlarını üçün üzərinə düzün və bükün .
İri bir qazanın dibinə , cəfəri və şüyüd saplarıyla kələm yarpaqlarından yığın , dolmaları əlavə edin , ən üstə istiliyə dayanıqlı düz bir qab bağla. Qaynatma suyunu İstilət , dolmalar kənarından qazana yığ , az atəşdə təxminən 50 dəqiqə bişirin. Soyuyunca boşqaba yığın  , dilimlənmiş limonla bəzəyin.
 Qış mövsümündə , Qərb , Cənub və Cənub-Şərqi bölgələrində tez tez bişirilən bir yeməkdir.  

 

 NUŞ OLSUN 

 

 

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3418
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri