1,5 stəkan süd
150 qram pendir
2 ədəd yumurta
1 dəstə cəfəri
1 ç/q qabartma tozu
1 ç/q şəkər tozu
1 ç/q duz
1 x/q duru yağ
50 qram kərə yağı
1 diş sarımsaq
Hazırlanması:
Pendir sürtgəcdən keçirilir, cəfəri doğranır, un ələnir, sarımsaq əzilir.
Yumurta duz, şəkə tozu ilə çalınır, bura süd əlavə olunur. Un, qabartma tozu əlavə olunub çalınır. Pendir, sarımsaq, duru yağ da əlavə edilir, qarışdırılır.
Tavaya cəmi bir dəfə yağ töküb qızdırırıq, kütlədən töküb hər iki üzünü bişiririk.
Hazır blinçikləi zövqə uyğun kərə yağı ilə yağlayıb üst-üstə yığırıq.