Sobada toyuq və kartof qızartması resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 27 466
Səs ver:
(səs: 5)
Tərkibi:
1 ədəd toyuq
6-10 ədəd kartof
əridilmiş yağ
cirə, keşniş toxumu, razyana
duz
istiot

Hazırlanması:
1. Ərzaqlar hazırlanır.


2. Kartof təmizlənib yuyulur, toyuq yuyulub qurudulur. Toyuq duzla və qara istiotla sürtülür. Kartofda kəsiklər düzəldilir, lakin tam axıra kimi kəsilmir.


3. Ədviyyatlar qarışığı hazırlanır, bunun üçün eyni miqdarda cirə, keşniş toxumu və razyana götürülüb qəhvəüyüdəndən keçirdilir. Alınmış ədviyyatdan bir toyuqa 2 çay qaşığı götürülür. Toyuq və kartoflar həmin ədviyyatla hər tərəfli yağlanır.
Toyuğun üzərində bir neçə yerdən bıcaqla dəliklər yaradılıb ədviyyatla doldurulur. Toyuğun altına bir xörək qaşığı əridilmiş yağ əlavə edilir, ümumi 3-4 x/q əridilmiş yağdan istifadə ediləcək. Sonda tavanın üzərinə yarım stəkan su tökülür.


4. Toyuq və kartoflar 1 saatlıq əvvəlcədən 190-220 dərəcədə isidilmiş sobaya yerləşdirilir. Və hər 10 dəqiqədən bir toyuq və kartofların üzərinə artıq tavada olan əridilmiş yağdan qaşıqla tökülməlidir.
 
 

5. Hazır olduqda toyuq və kartoflar tavadan boşqaba yerləşdirilir.


6. Qalır yalnız onu bəzəmək, misal üçün təzə göyərtilərlə - yaşıl soğan, tərxun və pomidorla.


7. Beləliklə bayram süfrəsini hazırlamaq heçdə çətin deyil, daha çətin bu nemətin dadını izah etməkdir.
 
Nuş olsun!
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 27 466
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri