Tərkibi:
2 su stəkanı quru ağ lobya
2 ədəd soğan
3 diş sarımsaq
1 ədəd kök
1 ədəd kartof
1 xörək qaşığı tomat
1/2 su stəkanı zeytun yağı
1 desert qaşığı şəkər
1/2 dəstə cəfəri
duz
Hazırlanması:
Quru lobyaları axşamdan isladın, üzərinə çıxacaq qədər su əlavə edin, qaynadın, süzün.
Soğan və sarımsağı soyun, yuyun, soğanı incə doğrayın, sarımsağı iki-üç parçaya bölün və bir qazanda yağla qoyun.
Kök və kartofu soyun, yuyun, kub şəklində kəsin.
Soğanlara əlavə edin, birlikdə qovrun, tomat əlavə edin və bir neçə dəfə qarışdırın.
Süzülmüş lobyaları, qəndi, duzu qazana qoyub su əlavə edərək ağır atəşdə, suyunu çəkənə qədər, bişirin.
Yeməyi şüşə bir qaba qoyun, yuyulmuş və incə doğranmış cəfərini üzərinə səpin və soyuq süfrəyə təqdim edin.