Kartof mantı resepti

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 4 125
Səs ver:
(səs: 2)
Çayın yanında təqdim edə biləcəyiniz kartof mantısını ofisə də götürərək iş yoldaşlarınızı sevindirə bilərsiz.

İstəsəniz, üstünə pomidor sousu da əlavə edə bilərsiz.Fərqli dadı olan kartof mantısının hazırlanma qaydasını təqdim edir.

Tərkibi:
5-6 ədəd kartof
Cəfəri
1 kasa qatıq
2 diş sarımsaq
1 çay qaşığı tomat

Hazırlanması:
Kartofları yaxşıca yuyub qaynamaq üçün qazana qoyun. Qaynadıqdan sonra qabığını soyub çəngəllə yaxşıca əzin. Sonra kartofun içinə doğranmış cəfərini əlavə edin. İstəyə görə duz, istiot və qırmızı bibər əlavə edin. Yaxşıca qarışdırın. Qoz şəklində tikələr götürüb stəkan formasında şəkilləndirin. Başqa qabda qatığın içinə əzilmiş sarımsaqları əlavə edib qarışdırın. Kartofların içini qatıqla doldurun. Tavada kərə yağında tomatı bir az qarışdırdıqdan sonra kartofların üzərinə əlavə edin və süfrəyə verin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 4 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri