Göbələkli kasserol resepti

Müəllif: Wiyinka
Şərhlər: 14
Baxılıb: 7 797
Səs ver:
(səs: 4)
Tərkibi:
1 kq göbələk (meşə göbələyi, dondurulmuş, yarısını şampinyon da götürmək olar)
200 q motsarella
80 q parmezan (yaxud digər bərk pendir)
200 ml 10%-li qaymaq
1 budaq rozmarin
0,5 əd. çili istiotu
3-4 diş sarımsaq
3-4 baş soğan
2-3 x.q. zeytun (bitki) yağı
50 q kərə yağı
qara istiot
duz

Hazırlanması:
Tavaya 2-3 x.q. zeytun yağı tökün, xırda doğranmış sarımsaq, çili istiotu əlavə edib yarım dəqiqə qovurun, yarımhalqa doğranmış soğan, rozmarin yarpaqları əlavə edib soğan qızılı rəng alanadək qızardın.

Göbələklərin donunu mikrodalğalı sobada açın.

Göbələkləri soğana əlavə edib tam hazır olunca bişirin (qızarmalıdır). Kərə yağı əlavə edin. Əriyəndən sonra qarışdırıb ocağı söndürün. Göbələyi odadavamlı qaba qoyun, doğranmış motsarella pendiri əlavə edin, qaymaq tökün və 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Hazır olmazdan 5 dəqiqə əvvəl sürtgəcdən keçirilmiş parmezan səpib yenidən sobaya qoyun. Üzəri qızaranda götürün (təxminən 5 dəqiqə).

Süfrəyə ayrıca, yaxud qarnirlə (məsələn, sobada bişmiş kartof) verə bilərsiniz.

(Sobada kartof: kartofu təmizləyib duzlu suda bişirin, qaynayandan sonra 5-7 dəqiqə bişsin, sonra suyunu süzün. Quru kartofu siniyə düzün, duz, istiot, ədviyyat vurun, çoxlu bitki yağı gəzdirin, 200 dərəcə qızdırılmış sobada qızaranadək bişirin. Hazır olandan sonra üzərinə xırda doğranmış sarımsaqla cəfəri səpin, qarışdırın).

Nuş olsun!
(səs: 4)
Şərhlər: 14
Baxılıb: 7 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri