Mayalı pizza xəmiri resepti

Müəllif: ulduz
Şərhlər: 3
Baxılıb: 6 390
Səs ver:
(səs: 1)
Tərkibi:
4 st un
1 ədəd yumurta
2 x.q şəkər tozu
4 x.q bitki yağı
1 ç.q quru maya
1/2 ç.q duz
1 st ilıq su ya da süd

Hazırlanması:
Unu ələyib bir qaba töküb ortasını aralayırıq. Üstünə şəkər tozunu və duzu səpirik.
Ortasına yumurtanı sındırırıq və bitki yağını tökürük.
Quru mayanı suda çalıb, açırıq, köpüklənir sonra onu da yumurtanın üstünə əlavə edirik.
İlıq suyu üstünə töküb, əvvəl qaşıqla sonra əlimiz ilə qarışdırıb, yumşaq xəmir yoğururuq. Xəmirin üstünə klyonka çəkib, dəsmal qoyub, acıması üçün üstünü örtürük.
2 saata xəmir acıyacaq.
Xəmirdən 3 kündə düzəldirik. Xəmiri yayanda diametri 30 sm olacaq.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 6 390
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri