Kartof və sosisli zapekanka resepti

Müəllif: emis
Şərhlər: 5
Baxılıb: 5 120
Səs ver:
(səs: 2)
Tərkibi:
5 kartof
4 sosis
2 yumurta
100 q bərk pendir
yağ
göy soğan
qara istiot
duz

Hazırlanması:
Kartofu təmizləyib duzlu suda bişirin. Soyuyandan sonra sürtgəcin iri gözündən keçirin. Çalınmış yumurta əlavə edin. Duz-istiot vurub qarışdırın.
Yağlanmış siniyə düzün. Üzərinə xırda doğranmış, yaxud ikiyə bölünmüş sosisləri düzün.
Sürtgəcin xırda gözündən keçirilmiş pendir səpin.
İsti sobada 10-15 dəqiqə bişirin.
Süfrəyə verərkən üzərinə doğranmış göy soğan səpin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 120
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri