Tərkibi:
400-qr. yağlı dana əti
1 kq badımcan
2 baş soğan
2 bolqar bibəri
1 dəstə reyhan
3 iri pomidor
2 diş sarımsaq
Duz, istiot
Hazırlanması:
Badımcanların qabığı soyulur, fal-fal doğranır və acı suyunu buraxması üçün duzlanır.
Ət soğanla maşından keçirilir, bibər və reyhan xırda doğranır. Bir tavada suyu çəkilənədək pörtlədilir.
Duzlanmış badımcanlar yuyulur və suyu süzülür. Yağlanmış sobanın qabına düzülür. Üstünə qiymə tökülür və yayılır. Badımcanın qalanları da qiymənin üstündən düzülür, əzilmiş sarımsaq əlavə olunur və yumru doğranmış pomidorlar badımcanın üstünə düzülür.
Sobada 200 dərəcədə 1 saat bişirilir.