Mərcimək küftəsi resepti

Müəllif: emis
Şərhlər: 7
Baxılıb: 5 929
Səs ver:
(səs: 3)
Tərkibi:
1 su stəkanı qırmızı mərcimək
1 litr su
2 su stəkanı incə yarma
2 baş quru soğan
1 çay stəkanı zeytun yağı
1,5 yemək qaşığı bibər pastası
1 şirin qaşığı qara bibər
1 çay stəkanı isti su
1,5 yemək qaşığı tomat pastası
1 dəstə cəfəri
6-7 ədəd yaşıl soğan
1,5 çay qaşığı duz
Kahı

Hazırlanması:
Qırmızı mərciməyinizi yuyub 1 litr su ilə atəşə qoyun. Qazanın qapağını aralı buraxın ki daşmasın.Mərciməklər əzilib yüngül sulu qalana qədər qaynadın. Bütün suyunu çəksə küftələr quru olar. İncə yarmanı dərin və yayvan bir qaba qoyun. Üzərinə sulu mərciməyin əlavə edib qarışdırın. Qabın üzərini tənzif ilə bağlayıb mərciməklər şişənə qədər saxlayırıq.
Bu vaxt 2 baş quru soğanı doğrayıb tavaya əlavə edirik. Bir çay stəkanı zeytunyağı ilə soğanları öldürün.Bibər pastasını və pomidor pastasını əlavə edin. Qara bibəri də əlavə edib qarışdırın. Ən son 1 çay stəkanı isti suyu tavaya əlavə edibqaynadın. Bu qarışığı yarma və mərcimək qarışığına əlavə edin. Bütün vəsaiti qarışdırıb qabın üzərini təkrar bağlayın. 5-6 sap yaşıl soğanı yuyub doğrayın. Bir dəstə cəfərisini da eyni şəkildə yuyub doğrayın. Bunları bir kənara qoyun.
Dərin qabdakı qarışımınıza 1,5 çay qaşığı duz əlavə edin və 10 dəqiqə boyunca yoğurun. Yoğurduğunuz küftə xərcinə kənarda gözlətdiyiniz yaşıllıqları əlavə edin. 2-3 dəqiqə daha yoğurun. (Küftə xərcinin sulu gəlirsə bir miqdar daha incə yarma əlavə suyu çəkməsini təmin edə bilərsiniz) . Qarışımdan qoz boyda parçalar qoparırıq. Xidmət qabına kahı düzüb küftələri üzərlərinə yerləşdirin.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 5 929
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri