Yaşıl noxudlu toyuq ruleti resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 132
Səs ver:
(səs: 0)
Tərkibi:
Rulet üçün:

6 ədəd toyuq filesi
1 stəkan göy noxud
1 ədəd qırmızı bibər
2 ədəd yerkökü
2 ədəd yumurtanın sarısı
2 xörək qaşığı suxarı
3 xörək qaşığı zeytun yağı
1.5 çay qaşığı karri (Hindistan mətbəxinə məxsus ədviyyatdır. Tərkibi, əsasən, sarıkök və sumaq olmaqla bir çox ədviyyatın qarışığından ibarətdir)
Duz, istiot

Üstünü bəzəmək üçün:
1 stəkan qarğıdalı yarması
3 xörək qaşığı xırda doğranmış cəfəri

Hazırlanması:
Toyuq ətini çəkin. Kök və bibəri xırda doğrayın. Dərin bir qabın içərisində lazım olan bütün məhsulları qarışdırıb yoğurun. Toyuqlu qarışığı yağlı kağızın üzərinə töküb rulet halına gətirin. Qarğıdalı yarmasını əzib toz halına salın və cəfəri ilə qarışdırıb ruletin üzərinə tökün. Yağlı kağızla ruleti örtüb sobaya (əvvəlcədən 180 dərəcədə qızdırılmalıdır) qoyun. Ruleti 45 dəqiqə bişirin.

Toyuq ruletini sobadan çıxardıqdan 5 dəqiqə sonra dilimləyib süfrəyə verin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri