İslim kababı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 394
Səs ver:
(səs: 2)
Tərkibi:
3 ədəd uzun badımcan,
3 ədəd bibər,
1 soğan,
300 q dana əti,
1 yemək qaşığı pomidor tomatı,
2 ədəd pomidor,
3 diş sarımsaq,
Ədviyyatlar,

Hazırlanması:
Badımcanları 20-25 dəqiqə duzlu suda saxlayın.
Daha sonar yuyaraq kağız dəsmala bükün.
Uzunsov halda doğrayın.
Yağda qızardın.
Çox bişirməyin.
Ayrı bir qazanda quşbaşı doğranmış ətləri bişirib , yağsız qovurun.
Ətlər öz suyunu çəkdikdən sonar soğanı və 2 yemək qaşığı duru yağı əlavə edin.
Bibərlərin 2 dənəsini, pomidorların isə 1 dənəsini sarımsaq, tomat, ədviyyatlar , duz, 1 stəkan su əlavə edərək bişirin.
Sonar bir kasaya 3 dənə qızardılmış badımcanları üstəgəl şəklində düzün.
Orta hissəinə hazırladığınız ərzaqlardan qoyaraq badımcanları bükün, üzərinə pomidor və bibər qoyaraq kurdan ilə açılmayacaq şəkildə bərkidin.
Hazırladığınız badımcanları fırında, ocaqda bişirə bilərsiniz.
Qazana, yaxud da fırında bişirəcəyiniz xörəyin üzə rinə 1 stəkan isti su və 1 yemək qaşığı tomat ilə hazırladığınız sosu töküb bişirin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 394
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri