Toyuq budu dolması resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 935
Səs ver:
(səs: 2)
Tərkibi:
- 8 ədəd toyuq budu
- 1 stəkan göy noxud
- 2 ədəd kök
- 1 ədəd orta ölçülü kartof
- 2 xörək qaşığı rəndələnilmiş Holland pendiri
- 2 xörək qaşığı doğranmış şüyüd
- 1 ədəd orta ölçülü quru soğan
- 1 xörək qaşığı yağ
- Qara bibər
- Duz

Hazırlanması:
Toyuq budunun uc qisimlərindəki sümüyü bıçaq köməyiylə çıxarın. Tavada yağı əridin və xırda doğradığınız soğanları, bənövşəyiləşənə qədər qovurun.İçinə kiçik-kiçik doğradığınız kartofları və kökləri atıb, 4-5 dəqiqə də az odda qovurun. Qovurduğunuz kartof və köklərin içinə göy noxud, doğranmış şüyüd, qara bibər, duz və 1 stəkan su əlavə edib 15 dəqiqə bişirin. Budun uc qisimlərində olan boşluğun içinə, hazırladığınız göy Noxudlu içlikdən 1 xörək qaşığı qoyub, ucundan bağlayın. İçlərini doldurduğunuz budları soba qabına yerləşdirib, 1 stəkan su gəzdirin üzərlərinə. 175 dərəcəlik sobada 90 dəqiqə bişirib plovla servis edin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 5 935
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri