Kartof şato resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 653
Səs ver:
(səs: 2)
Hazırlanma vaxtı:  35 dəqiqə
Tərkibi:

6-8 ədəd orta ölçüdə kartof
kərə yağı
2 x/q zeytun yağı
duz
ağ istiot

Hazırlanması:
Kartof yuyulub təmizlənir.  
İti bıçaqla, ehtiyyatla kartoflara "çəllək" forması verilir. Bu şəkildə kartof balaca görsənər və daha tez qızarar.  
Kartofdan bu cür səliqəli formalar hazırlanır.  
Sonra kartoflar qaynayan suya salınır və 5-7 dəqiqə bişdikdə çıxarılır.  
Suyu süzülür.  
Bu arada tavada zeytun yağı qızdırılır və onun içində kərə yağı əridilir.  
Kartoflar tavaya düzülür və qızılı rəng alana qədər hər tərəfli qızardılır. Hazır kartof tavadan çıxarıldıqda duz və istiot vurulur.  
Kartof Şato hazırdır! Bu çür dadlı qarnir istənilən ət yeməkləri ilə süfrəyə verilə bilər. 
 

 

 

 

 

 

 

 

 



 
Nuş olsun!
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 3 653
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri