Çörək ev şəraitində resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 666
Səs ver:
(səs: 6)
Hazırlanma vaxtı:  2 saat 10 dəqiqə
Tərkibi:

1 kq əla növ un
3 stəkan ilıq su
1 x/q duz
1 ədəd yumurta sarısı
duru yağ
Mayanı hazırlamaq üçün lazım olan ərzaqlar:
10 qr maya
0,5 ç/q şəkər tozu
0,5 ç/q un

Hazırlanması:
Mayanı hazırlamaq üçün lazım olan ərzaqlar iri stəkana tökülür və qarışdırılır.  
Üzərinə 100 qr ilıq su əlavə edilir və çay qaşığı ilə ərzaqlar tam həll olunana kimi qarışdırılır. Hazırlanmış kütlə isti yerə qoyulur və həcmi artana kimi gözlənilir.  Böyük bir qaba un əlavə olunur. Üzərinə 1 x/q duz əlavə olunub əlnən qarışdırılır.  
Maya stəkanın ağzına kimi qalxdıqda una əlavə edilir.  
Una 3 stəkan ilıq su əlavə edilir.  
Su əlavə edilən zaman xəmir əlnən yaxşı yoğrulur.  
Nəticədə yumşaq xəmir alınır.  
Alınmış xəmirin üzərinə streç folyo çəkilir. Streç folyonun əvəzinə adı mağaza paketlərindən də istifadə etmək olar.  
Xəmir 1 saat isti yerdə saxlanılır. Bir saatdan sonra xəmir 2 qat artmış olur.  
Çörək bişirəcəyimiz qablar unlanır.  
Alınmış xəmir qablara əlavə edilib 20 dəqiqə bir kənarda saxlanılır.  
Yumurtanın sarısı ağından ayrılır. Sarısının üzərinə 1 ç/q duru yağ, 1ç/q su əlavə edilib qarışdırılır.  
Artıq 20 dəqiqə keçdikdən sonra xəmirin üzərinə mətbəx fırçasının köməyi ilə yumurta vurulur.  
Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada xəmir qızarana kimi bişirilir. Çörək sobadan çıxarıldıqda üzərinə biraz su səpilir (yumşaq olması üçün).  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 4 666
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri