Dadlı göbələk qəlyanaltısı resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 3747
Səs ver:
(səs: 5)
Tərkibi:
- iri şampinyonlar - 10 dənə
- pendir (rossiyskiy, holland pendiri) - 150 qr
- xama - 2 xörək qaşığı
- soğan - 1 baş
- sarımsaq - 1 diş
- duz, istiot (zövqə görə)
- bitki yağı (tavaya çəkmək üçün)
 
Hazırlanması:
1. İri şampinyon göbələkləri seçirik. Onları yaxşı təmizləyirik, yuyuruq və quruduruq. Şampinyonların gövdəsini kəsirik və çay qaşığı ilə ehtiyatla oyuruq
2. İçlik hazırlamaq üçün soğanı xırda kublar şəklində doğrayırıq və bitki yağında bir qədər qızardırıq. Daha sonra ora xırda doğranmış göbələklərin gövdələrini, duz, istiot, xırda doğranmış sarımsaq əlavə edirik və hazır olana kimi qızardırıq. Axırda xama əlavə edirik, yaxşı qarışdırıq və təxminən 1 dəqiqə ərzində qızardırıq.
3. Pendiri sürtgəcin iri gözündən keçirdirik. Pendirin yarısını içliyə əlavə edirik və yaxşı qarışdırırıq.
4. Tavaya bir qədər yağ çəkirik və göbələkləri düzürük. Hər göbələyin içinə içlik qoyuruq və üzərinə pendir tökürük.
5. Şampinyonları 190-200 C kimi qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişiririk.
 
 

 

 

 

 


Nuş olsun!
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 3747
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri