Tərəvəz və toyuq əti ilə maffin resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 159
Səs ver:
(səs: 1)
Tərkibi: 
1 st. un
4 yumurta
1 çimdik duz

iç: 
toyuq əti 
yerkökü
bibər 
soğan 
qarğıdalı, göy noxud konservi (zövqə görə)

Hazırlanması:
Yumurtaları duz və unla çalın. 
Toyuq ətini suda bişirin. Xırda doğrayın. Yerkökü və bibəri də xırdalayın. Toyuq əti, bibər, yerkökü, qarğıdalı və göy noxud konservləri, xırda doğranmış soğan, duz-istiot vurub qarışdırın. Göyərti də əlavə edə bilərsiniz (ümumiyyətlə, sevdiyiniz başqa tərəvəzlərdən də istifadə edə bilərsiniz). 
Formaları bitki yağı ilə yağlayın. Dibinə azca xəmir tökün. Bir qədər iç qoyub üzərinə yenə xəmir tökün.  
200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. 
Səhər yeməyi, yaxud uşaqların məktəb naharı üçün əla seçimdir.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 159
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri